"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele zədəsini sağaltmaq üçün daha 5 həftə vaxt lazım olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Fransalı futbolçunun La Liqada martın 19-da keçiriləcək "Real"la matçda meydanı qayıdacağı gözlənilir.
Xatırladaq ki, Dembele La Liqada "Jirona" ilə matçda zədələnib. O, 26-cı dəqiqədə meydanı tərk etməli olub.