Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Asiya üzrə 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, qitənin ən yaxşısı "Tottenhem"in və Cənubi Koreya millisinin futbolçusu Son Hın Min olub.
30 yaşlı hücumçu 2015-ci ildən "Tottenhem"in formasını geyinir. O, 2010-cu ildən Cənubi Koreya millisinin üzvüdür. Son Hın Min ötən il yığma ilə DÇ-2022-də də iştirak edib. Cənubi Koreya millisi yarşda 1/8 finaladək irəliləyib. Bu mərhələdə onlar Braziliyaya uduzublar - 1:4.
Qeyd edək ki, Son Hın Min bu mövsüm 28 matçda 8 qol vurub və 3 qolun ötürməsini verib.