09 fevral 2023 09:07
393

PSJ 12 ildən sonra...

Fransanın PSJ klubu 12 ildən sonra ilk dəfə səfərdə "Marsel"ə məğlub olub.

“İki sahil” xəbər verir ki,  Paris təmsilçisi ölkə kubokunun 1/8 final mərhələsində rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Fransa çempionu son olaraq 2011-ci ilin noyabrında səfərdə Liqa 1 matçında bu kollektivə yenilib.

Komanda 2020-ci ilin sentyabrında evdə də eyni aqibəti yaşayıb.