08 fevral 2023 16:30
450

Türkiyədə qış transfer dönəminin müddəti uzadıldı

Türkiyədə qış transfer dönəminin müddəti uzadılır.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanvarın 12-də açılan və bu gecə bağlanmalı olan qış transfer dönəminin müddəti ölkə ərazisindəki dağıdıcı zəlzələ səbəbindən 10 gün artırılacaq.

TFF artıq bununla bağlı FİFA-ya rəsmi müraciət edib və şifahi razılıq əldə olunub. Tezliklə yazılı razılığın da açıqlanması gözlənilir.