08 fevral 2023 12:27
559

Qazaxıstan gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər- FOTO

Qazaxıstanın batut gimnastikası üzrə yığma komandası Bakıda təlim-məşq toplanışında iştirak edir.

Bu barədə “İki sahil”ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Hazırlıq prosesi Milli Gimnastika Arenasında gerçəkləşir.

Qeyd edək ki, 18-19 fevralda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 idmançının fərdi və sinxron proqramda çıxışı gözlənilir.