08 fevral 2023 09:19
474

Raul Qonzales "Real Madrid"in baş məşqçisi ola bilər

İspaniyanın "Real Madrid" klubunda baş məşqçi postuna namizəd bəlli olub.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisinin sabiq futbolçusu Raul Qonzales Karlo Ançelottini əvəzləyə bilər.

"Kral klubu" cari mövsüm La Liqanı və ya Çempionlar Liqasını qazana bilməsə, 64 yaşlı mütəxəssislə yollar ayrılacaq.

Raul Qonzales hazırda "Real Madrid"in gənclər komandasının sükanı arxasındadır. 46 yaşlı baş məşqçi bu yaxınlarda İngiltərənin "Lids" klubunun təklifini geri çevirib.