07 fevral 2023 22:35
494

Mourinyo Terimlə fotosunu paylaşdı: “Türkiyəli və suriyalı dostlarımı qucaqlayıram”

İtaliyanın Roma komandasının baş məşqçisi Joze Mourinyo Türkiyədə baş verən zəlzələ ilə əlaqədar həmrəylik mesajı yayımlayıb.

 “İki sahil” xəbər verir ki,  Mourinyo bu haqda instaqram hesabında paylaşım edib.

“Qalatasaray”ın və Türkiyə milli komandasının sabiq çalışdırıcısı Fatih Terimlə çəkdirdiyi fotosunu sosial media hesabında paylaşan 59 yaşlı portuqaliyalı məşqçi fotoya, “Türkiyəli və suriyalı dostlarımı qucaqlayıram”,- sözlərini yazıb.