Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci il üçün Cənubi Amerika zonası üzrə ən yaxşı futbolçunu və rəmzi komandanı açıqlayıb.
“İki sahil” xəbər verir ki, Argentina millisinin kapitanı və PSJ-nin futbolçusu Lionel Messi ilin ən yaxşısı seçilib.
Bölgə üzrə rəmzi komanda isə belədir:
Qapıçı: Emiliano Martinez (Argentina, "Aston Villa" )
Müdafiəçilər: Nikolas Otamendi (Argentina, "Benfika"), Tiaqo Silva (Braziliya, "Çelsi"), Kristian Romero (Argentina, "Tottenhem");
Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina, "Atletiko"), Kazemiro (Braziliya, "Real"/"Mançester Yunayted"), Enzo Fernandez (Argentina, "River Pleyt"/"Benfika"), Vinisius Junior (Braziliya, "Real");
Hücumçular: Neymar (Braziliya, PSJ), Xulian Alvares (Argentina, "River Pleyt"/"Mançester Siti"), Lionel Messi (Argentina, PSJ).