05 fevral 2023 20:43
433

“Neftçi” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, oyunun 54-cü dəqiqəsində Solomon Kverkveliya hesabı açıb. 64-cü dəqiqədə isə Mateus Saldanya meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Görüş bu hesabla da başa çatıb.

Azərbaycan Premyer Liqası,

21-ci tur

5 fevral (bazar)

18:30. “Neftçi” 2–0 “Sumqayıt”

Qollar: Solomon Kverkveliya, 54 (1:0), Mateus Saldanya, 64 (2:0)

Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov

“Bakcell Arena”