Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Zirə" evdə "Qəbələ"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunda hesabı qonaqlar açıb. Görüşün 2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Rafael Utziq hesabı açıb. 15-ci dəqiqədə isə Dimitrios Çantakias “Zirə”nin bərabərlik qolunu vurub. Oyunun 57-ci dəqiqəsində Loris Broqno bakılıları hesabda önə çıxarsa da 78-ci dəqiqədə Felipe Santos Qəbələ təmsilçisinin bərabərlik qolunun müəllifi olub – 2-2.
Matç bu hesabla da başa çatıb.
Azərbaycan Premyer Liqası,
21-ci tur
5 fevral (bazar)
16:00. “Zirə” 2–2 “Qəbələ”
Qollar: Rafael Utziq, 2 (0:1), Dimitrios Çantakias, 15 (1:1), Loris Broqno, 57 (2:1), Felipe Santos, 78 (2:2)
Reallaşdırılmayan penalti: Rəhim Sadıxov ("Zirə"), 23 - qapıçı
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu