04 fevral 2023 16:23
416

Levan Kobiaşvili yenidən GFF prezidenti seçilib

Məşhur futbolçu Levan Kobiaşvili yenidən Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti seçilib.

“İki sahil” xəbər verir ki, səsvermə GFF-nin 33-cü qurultayında keçirilib.

L.Kobiaşvili bu posta üçüncü dəfədir seçilir. O, 2027-ci ilədək federasiyaya rəhbərlik edəcək.

L.Kobiaşvili idmana ötən əsrin 80-ci illərində gəlib. Gürcüstanın müxtəlif komandalarında oynayan futbolçu sonradan Almaniyanın müxtəlif klublarında da çalışıb.