02 fevral 2023 23:33
406

Ötən il Naxçıvan idmançıları 131 qızıl medal qazanıb

Ötən il Naxçıvan idmançıları 131 qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Naxçıvan idmançıları ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya kubokunda 2 medal olmaqla 316 medal qazanıblar. Medallardan 131-i qızıl, 77-si gümüş, 108-i bürüncdür.