02 fevral 2023 17:34
460

Dani Alveşdən 5 milyon avro tələb edirlər

Təcavüz ittihamlarına görə həbs olunan Dani Alveşin sabiq klubu "Pumas" (Meksika) futbolçudan təzminat tələb edir.

“İki sahil” xəbər verir ki, bu barədə UOL məlumat yayıb. 

39 yaşlı müdafiəçi gecə klubunda bir qıza təcavüz etməkdə günahlandırılıb. Buna görə də o, həbs olunub. Alveşin saxlanılmasından dərhal sonra "Pumas" futbolçu ilə müqaviləni ləğv edib.

Klub hazırda oyunçudan müqavilənin pozulmasına görə 5 milyon dollar təzminat tələb edir. 

Qeyd edək ki, D.Alveş 2022-ci ildən "Pumas"da oynayırdı. O, 2006-cı ildən Braziliya millisinin üzvü olub.