02 fevral 2023 13:16
532

Azərbaycanın futzal yığması dünya reytinqindəki mövqeyini qoruyub

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlindəki mövqeyini qoruyub.

“İki sahil” xəbər verir ki, Alesio Da Silvanın kollektivi ötən ilin dekabrında açıqlanan reytinqdə olduğu kimi, bu dəfə də 14-cü pillədə qərarlaşıb.

Yığmanın aktivində 1384 xal var.

Siyahıya Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1794 xala malikdir. İspaniya (1771) ikinci, Portuqaliya (1751) isə üçüncü sıradadır.