02 fevral 2023 13:08
450

Azərbaycanın U-21 millisi İngiltərə və Ukraynaya rəqib oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda F qrupunda Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, qitə çempionatının final mərhələsi 2025-ci ildə Slovakiyada keçiriləcək.