Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, 74 kq-da Cəbrayıl Qadjiyev macarıstanlı Murad Kuramaqomedova 5:0 hesabı ilə qalib gələrək 3-cü yeri tutub.
Beləliklə, sərbəst güləşçilər reytinq turnirinin ilk gününü 5 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.