"Nyukasl" 47 ildən sonra ilk dəfə İngiltərə Liqa Kubokunun finalına yüksəlib.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, Eddi Haunun baş məşqçilik etdiyi komanda yarımfinalda "Sauthempton"a qalib gəlib - 1:0, 2:1. Nəticədə "Nyukasl" 47 ildən sonra bu turnirin finalına vəsiqə qazanıb. Daha əvvəl klub yalnız 1 dəfə - 1975/76 mövsümündə həlledici görüşə çıxıb. Həmin vaxt isə "Nyukasl" finalda "Mançester Siti"yə uduzub (1:2).
Qeyd edək ki, "Nyukasl"ın finaldakı rəqibi “Nottingem Forest” – “Mançester Yunayted” cütünün qalibi olacaq.