“Mançester Yunayted” heyətinə yeni futbolçu qatıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Bavariya"dan Avstriya yığmasının üzvü Marsel Zabitseri icarəyə götürüb. 28 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Zabitser "Bavariya"ya 2021-ci ilin avqust ayında “Leyptsiq”dən 15 milyon avroya keçib. O, Münhen təmsilçisinin heyətində 54 oyunda 2 qol vurub.