01 fevral 2023 12:30
418

"Tottenhem"də yeni müdafiəçi

"Tottenhem" sıralarına yeni futbolçu cəlb edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Sportinq"dən İspaniya millisinin də üzvü olan Pedro Porronu icarəyə götürüb. 23 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Onun sözləşməsində İngiltərə klubuna birdəfəlik keçə biləcəyi haqda bənd də var. Bu halda "Tottenhem" "Sportinq"ə 45 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Pedro bu mövsüm 26 matçda 3 qol vurub və 11 qolun ötürməsini verib.