Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi DÇ-2022-in qalibi olmaları barədə növbəti dəfə danışıb.
“İki sahil” xəbər verir ki, 35 yaşlı hücumçu deyib: “Mən bu barədə 2014-cü ildən əvvəl də danışmışam. Mən bilirdim ki, Tanrı mənə dünya çempionatını qazanmağıma icazə verəcək”.
Qeyd edək ki, Argentina millisi finalda Fransaya qalib gəlib (3:3, penaltilər seriyası - 4:2). Messi isə mundialın ən yaxşısı seçilib.