31 yanvar 2023 16:32
372

Neymar bu oyunu buraxacaq

PSJ-nin futbolçusu Neymar Liqa 1-in 21-ci turunda "Monpelye" ilə oyunu buraxacaq.

“İki sahil” xəbər verir ki, bu barədə PSJ-nin saytı məlumat yayıb. 30 yaşlı hücumçuya əzələ gərginliyi diaqnozu qoyulub. Neymar oyunöncəsi məşqi buraxacaq və "Monpelye" ilə sabahkı görüşdə oynaya bilməyəcək.

Qeyd edək ki, "Monpelye" - PSJ matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.