31 yanvar 2023 14:10
478

"Yuventus" futbolçusunu icarəyə verdi

"Yuventus" futbolçusu Ueston Makkenini icarəyə verib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Lids"ə (İngltərə) keçib. O, bu mövsümün sonunadək sözügedən komandanın formasını geyinəcək. "Yuventus" transferdən 1,2 milyon avro qazanacaq. 

Qeyd edək ki, U.Makkenni 2020-ci ildən “Yuventus”da oynayır. O, bu müddət ərzində 96 matçda 13 qol vurub. Makkenni ABŞ yığmasında 41 oyunda 9 qola imza atıb.