30 yanvar 2023 16:11
459

"Fənərbaxça" Brumanı göndərdi

"Fənərbaxça” yarımmüdafiəçisi Brumanı Portuqaliyanın “Braqa” klubuna icarəyə verib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı portuqaliyalı futbolçu mövsümün sonuna kimi "Braqa"da çıxış edəcək.

Qeyd edək ki, Bruma bu mövsümün əvvəlində Niderlandın PSV klubundan icarə əsasında “Fənərbaxça”ya keçmişdi. Qış transfer pəncərəsində isə  İstanbul təmsilçisi onu birdəfəlik alıb. Bruma daha əvvəl "Qalatasaray", "Real Sosyedad", "Sportinq", "Leyptsiq" və "Olimpiakos"da da oynayıb.