Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan "Shimkent Cup" yarışını iki medalla başa vurublar.
Federasiyadan “İki sahil”ə verilən məlumata görə, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb.