30 yanvar 2023 08:01
441

Misli Premyer Liqasında XX tur başlayır

Bu gün futbol üzrə Misli Premyer Liqasında XX tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

12 xalla 9-cu pillədə qərarlaşan "Sumqayıt" "Kapital Bank Arena"da 17 xalla 6-cı olan "Turan Tovuz"u qəbul edəcək.

Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisi qol vura bilməyib.

Misli Premyer Liqası

XX tur

30 yanvar

18:00. "Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı

VAR: Fərid Hacıyev

AVAR: Kamal Umudlu

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”.

Qeyd edək ki, turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.