29 yanvar 2023 19:58
360

Braziliya Superkubokunun qalibi bəlli oldu

Braziliya Superkubokunun qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, həlledici matçda "Palmeyras" və "Flamenqo" klubları qarşılaşıb. 4:3 hesabı ilə qalib gələn "Palmeyras" kubokun sahibi olub.

Qollar: Veyqa, 38, 58, Menino, 45+4, 74 - Barboza, 26, 52, Dos Santos, 61

"Palmeyras" tarixində ilk dəfə Braziliya Superkubokunun qalibi adını qazanıb.