22 yanvar 2023 00:11
508

Azərbaycan çempionatında danışılmış oyunlar – Daha bir neçə nəfər…

I Divizionda danışılmış oyunlarla bağlı aparılan araşdırmalar hələ bitməyib.

“İki sahil” xəbər verir ki, bu haqda AFFA-dan Sportinfo.az-a bildirilib.

Qeyd edilib ki, AFFA-dan daxil olan məlumata görə, nəticəsi şübhə doğuran halların təhqiqatı hüquq-mühafizə orqanlarıyla birlikdə davam etdirilir.
AFFA bugunlərdə 2 futbolçunu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edib. MOİK-dən Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Bu mövzuda UEFA-dan AFFA-ya bir neçə serkulyar məktub daxil olub.

Göstərilən nümunələri incələyən federasiyanin şübhə dairəsinə daha bir neçə futbolçu, həmçinin məşqçi düşüb. Odur ki, yaxın günlərdə cəzalandırılacaq şəxslərin sayının artması gözlənilir.