21 yanvar 2023 15:19
628

Azərbaycan referisi ilk dəfə bürünc dərəcəli hakim adına layiq görülüb

Azərbaycanlı referi Teymur Axundov ölkə tarixində ilk dəfə Dünya Atletikasının bürünc dərəcəli hakimi adına layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

O, hakimlər üçün nəzərdə tutulmuş imtahanın nəticələrinə əsasən bu ada sahib çıxıb.