21 yanvar 2023 14:17
637

Azərbaycan çempionatının oyunu növbəti dəfə təxirə salınıb

Kişi voleybolçular arasında Yüksək Liqanın II turundan təxirə salınmış "Neftçi" - "Xarı bülbül" oyunu növbəti dəfə ertələnib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, "Xarı bülbül" klubunun rəhbərliyi komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.

Qarşılaşma yanvarın 22-də saat 18:00-da başlamalı idi. Matç daha əvvəl "Neftçi"nin voleybolçuları xəstələndiyi üçün gerçəkləşməyib.