Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib.
Bu barədə “İki sahil”ə Azərbaycanın Estoniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, üzərində eston dilində “Haidar Alijevi aasta – 100” (Heydər Əliyev İli – 100) yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.