Müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin söylədiyi “Mən İlham Əliyevə özüm qədər inanıram, onun gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik sözlər, bu gün doğrudan da Partiyamızın Sədri, ölkə başçısı cənab İlham Əliyevin bənzərsiz siyasi fəaliyyətində öz təsdiqini tapmışdır. Bəli, cənab İlham Əliyevin ali rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək ölkəmizin inkişafı yolunda çox böyük işlər görmüşdür. Prezident İlham Əliyevin 19 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan bütün sahələr üzrə;- kənd təsərrüfatı, sənaye, sosial, iqtisadi, ictimai-siyasi və digər bütün sahələrdə uğurlu nailiyyətlər qazanmışdır. Ölkəmizin daxili və xarici siyasətdə bir çox yeniliklərə imza atması beynəlxalq aləmdə nüfuzumuzu daha da gücləndirmişdir. Bu illər ərzində Azərbaycan dünyanın ən böyük təsisatı olan BMT-nin Təhlükəsizlik Şurasına, ikinci böyük təsisatı olan Qoşulmama Hərəkatına üzv seçilmiş, həmçinin QH-na sədrlik hüququ almışdır. Beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edən Azərbaycan bu gün dünyada həm idman ölkəsi, dünya kosmik klubunun üzvü, həm də multikultural ölkə kimi tanınır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2023-cü il tarixdə yerli televiziya kanallarına müsahibə verdiyi zaman, qeyd edilən məsələlər, statistik faktlar bir daha bizi əmin etdi ki, ölkəmiz uğurlu inkişaf yolunda firavan və xoşbəxt gələcəyə doğru addımlayır. Cənab Prezidentin vurğuladığı kimi; Vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar minumum əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin məbləğinin artırılması, Şəhid ailələrinə və müharibə əlillərinə bugünə qədər 13000 mənzilin verilməsi, müharibə əlillərinin ən müasir protezlərlə təmin olunması, işğaldan azad olunan doğma ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bir sözlə xalqımızın maraqlarının layiqincə təmin olunması dövlət siyasətinin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biridir. Təbii ki, hazırda Qarabağda yaşayan ermənilər ölkəmizdəki digər xalqların nümayəndələri kimi etnik azlıq təşkil edir. Ona görə ki, Azərbaycan demokratik və sülh prinsiplərinə əsaslanan, humanizmi prioritet hesab edən ölkələr sırasındadır və ölkəmizdə yaşayan digər xalqın nümayəndələri də sülh və harmoniya şəraitində yaşayır. Burada yaşayan ermənilər ya bizim bayrağımız və qanunlarımız altında yaşayacaq, ya da ki ölkəmizi tərk edəcəklər. Bu gün Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradan, tarixi ədaləti öz gücü hesabına bərpa edən, beynəlxalq müstəvidə böyük nüfuz qazanan qüdrətli dövlətdir.
Əgər biz Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışlarına diqqət etsək, həqiqətən də görərik ki, indi bizim ölkəmiz inkişaf etmiş ən böyük ölkələrlə rəqabət aparacaq gücə sahib olur, böyük hədəflərə doğru inamla adımlayır, ölkəmizin iqtisadi gücü günbəgün artır və xalqımız layiq olduğu firavanlığa qovuşur.

Şərafət Məmmədova,
YAP Yevlax rayon təşkilatının fəalı
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir