Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini atmış olduğu islahatlar siyasətinin davamlı parçası olan “Siyasi partiyalar haqqında” qanunun qəbulu da bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizin daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir
Ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanması zəruriliyi həm də yeni siyasi mühitin çağırışı idi. Bu baxımdan, siyasi arenada fəaliyyət göstərən bir çox siyasi partiyalar, eləcə də onların Milli Məclisdə təmsil olunan nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət etdilər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi həmin müraciətdə öz əksini tapmışdır. Bütün bunlarla paralellik təşkil etməsi ilə yanaşı, Azərbaycanda bütün sahələr üzrə uğurlu siyasi islahatların həyata keçirilməsi yeni siyasi konfiqurasiyanın formalaşmasını da şərtləndirib. Bu amil siyasi münasibətlərin və dialoq mühitinin inkişafına əhəmiyyətli təsir göstərir. Belə bir şəraitdə “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi yerində atılmış addım olaraq qiymətləndirilə bilər.
Milli Məclisin dekabrın 16-da keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu və yeni qanunun qəbuluna qədər onun üzərindən 30 il keçirdi. Bu baxımdan, Azərbaycanın siyasi sistemində və bu sistemdə fəaliyyət göstərən partiyaların fəaliyyətində ciddi yeniliklərin və irəliləyişlərin qanuni qaydada həyata keçirilməsi üçün yeni qanunun qəbul edilməsi vacibliyi duyulurdu. Məhz bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradırdı. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması faktoru həm də tələbata çevrildi. Bir neçə dəfə müzakirələrdən sonra nəhayət, Milli Məclisin dekabrın 16-da keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.
Bu, həm Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyaların demokratik siyasi mühitdə daha rentabelli fəaliyyətlərinə yol açmış oldu
Bəli, indiyə qədər əvvəlki qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər də kifayət etmirdi. Ona görə də partiya təmsilçiləri Milli Məclisdə təkliflərlə çıxış edərək, qanunun yenidən işlənməsinin vacibliyini önə çəkirdilər. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciət edərək yeni qanunun hazırlanmasının vacibliyini qeyd etdilər və aparılan müzakirələrdən sonra yeni qanun layihəsi qüvvəyə mindi. Bu, həm Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyaların demokratik siyasi mühitdə daha rentabelli fəaliyyətlərinə yol açmış oldu.
Ümumiyyətlə, bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib. Yeni qanun layihəsini tərtib etməkdə əsas məqsəd bu sahədə təkmilləşdirmə işlərinin aparılması, siyasi mühitin yeni dövrün müasir çağırışlarına uyğunlaşdıırlması, güclü siyasi partiyaların formalaşdırılmasıdır.
Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycanın siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb.
Artıq əminliklə deyə bilərik ki, aktiv müzakirələr nəticəsində yeni siyasi konfiqurasiyanın yüksək səviyyədə qurulmasında əhəmiyyətli rol oynayan qanunvericilik bazası mövcuddur və siyasi partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradılıb. Yeni qanun layihəsi paralel olaraq Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən siyasi partiyalar üçün də yeni perspektivlər müəyyən edir.
İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib
Beləliklə, artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir və bu reallıq ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir.
Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
Siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur
Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanun layihəsində siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur.
Siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb
Daha bir reallıq - əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.
Ümumiyyətlə, bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib. Yeni qanun layihəsini tərtib etməkdə əsas məqsəd bu sahədə təkmilləşdirmə işlərinin aparılması, siyasi mühitin yeni dövrün müasir çağırışlarına uyğunlaşdıırlması, güclü siyasi partiyaların formalaşdırılmasıdır. Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycanın siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb.
Daha bir demokratik xüsusiyyət həm də budur ki, siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Eyni zamanda, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb. Bütün bunlar isə bir faktoru ehtiva edir – Azərbaycan demokratik dəyərlərin və siyasi ənənənin daha yeni fazasına qədəm qoyur və bu gerçəklik ölkəmizin siyasi mühitinin ən mütərəqqi faktorlara söykəndiyini bir daha isbatlayır.
Bu istiqamətdə atılan hər bir mütərəqqi addım Azərbaycan dövlətinin və vətəndaşlarının inkişafına yönəldilmiş addımlardır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini atmış olduğu islahatlar siyasətinin davamlı parçası olan “Siyasi partiyalar haqqında” qanunun qəbulu da bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizin daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formaıaşmasına böyük bir töhfə verəcəkdir, eyni zamanda atılan addımlar cəmiyyətin əksər qüvvələri tərəfindən tam şəkildə dəstəklənməkdədir. Şübhəsiz ki, ölkənin xarici və daxili siyasətində həyata keçirilən uğurlu tədbirlərin bir parçası da güclü cəmiyyətin formalaşması istiqamətində müxtəlif düşüncələrə, amma milli birlik və milli məqsəd naminə birləşmə gücünə sahib olan insanların bir və bərabər şəkildə sərbəst fikirlərini ifadə etmək üçün siyasi partiyalar daxilində fəaliyyətlərindən keçməkdədir. Bu istiqamətdə atılan hər bir mütərəqqi addım Azərbaycan dövlətinin və vətəndaşlarının inkişafına yönəldilmiş addımlardır.
Seyfəddin Əliyev,
YAP Masallı rayon təşkilatının sədri
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir