16 yanvar 2023 00:38
1027

Ötən il ölkəmizdə ÜDM rekord həddə çatıb

Azərbaycan Respublikasının inkişafı, iqtisadi artım tempi və sosial rifah halının yüksəlməsi həyata keçirilən uğurlu siyasətin bariz nümunəsidir.Buiqtisadi naliyyətlərin  banisi Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Ümumimilli liderin fəaliyyəti, strateji qərarlarıilə ölkə iqtisadiyyatının quruculuğuna öz töhvəsini vermiş və “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrini söyləmişdir. Hal-hazırda Ulu Öndərin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şərəfli vəzifəni layiqincə yerinə yetirir. Ölkə başçısının rəhbərliyi ilə iqtisadiyyatının güclənməsi, dayanıqlı inkişafı,şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması istiqamətində aparılmış islahatlar, iqtisadi nəticələrin inkişaf tendensiyasına öz müsbət təsirini göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2023-cü ildə yerli televiziya kanallarını verdiyi müsahibəsində 2022-ci ilin yekunlarına dair iqtisadi göstəricilər haqqında da müəyyən məsələlərə toxunmuşdur. 2022-ci ildə ilk dəfə ümumi daxili məhsul rekord həddə 134 milyard manataçatdığını vurğulaşmışdır. Müqayisə üçün Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq, 2010-ci ildə 42 milyard 465 milyon manat, 2015-ci ildə 54 milyard 380 milyon manat, 2019-cu ildə 81 milyard 896 milyon manat, 2020-ci ildə 72 milyard 578 milyon manat, 2021-ci ildə isə bu göstərici 92 milyard 857 milyon olmuşdur. Bu göstəricilərə əsasən söyləyə bilərəm ki, ölkə iqtisadiyyatında ümumi daxili məhsul müsbət inkişaf tendensiyasına malikdir. Ölkə başçısının da vurğuladığı kimi bunun əsas səbəbi, xarici ölkərin Azərbaycanı etibarlı tərəfdaş kimi tanıması, eləcə də ölkədə iqtisadi müstəqilliyin güclənməsi ilə əlaqədardır. Keçən ilin pandemiya şəraitində keçməsi, həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza baxmayaraq,iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına nail olmaq mümkün olmuşdur.

 Ölkə iqtisadiyyatının gücünü, vəziyyətini və başqa ölkələrlə müqayisə etmək üçün, onun iqtisadi göstəricilərini nəzərdən keçirtmək lazımdır. Bu iqtisadi göstəricilərə ümumi daxili məhsuli, hansı ki Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu təşkilatların qəbul etdiyi makroiqtisadi göstəricilərinin vahid standartı kimi qəbul edilmişdir. Ölkə ərazisində müəyyən müddət ərzində, (əsasən bir il müddət nəzərdə tutulur) istehsal olunan məhsulun son dəyərini ölçür.

Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi iqtisadiyyatın demək olarki bütün sahələrində artım müşahidə olunmuş və bu istiqamətdə bir sıra mühüm addımlar atılmışdır. Buna misal olaraq, “Azərbaycan Rsepublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” , “Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və digər layihələri bura adi etmək olar. İqtisadiyyatın qeyri neft-qaz sektoruüzrə inkişafına dair regionlar arasında şaxəli iqtisadi əməkdaşlığa zəmin yaradımış və müsbət nəticələr əldə olunmuşdur. İstər neft-qaz, istərsə də qeyri neft-qaz sahəsi üzrə göstəricilərində artımın olması, ümumi daxili məhsulun müsbət dinamikasına mütləq mənada öz töhvəsini vermişdir.

Bildiyimiz kimi, Azərbaycan Respublikası dünya ölkələri ilə sıx ticarət dövriyyəsinə malikdir. Ölkə başçısının da söylədiyi kimi, 2022-ci ildə xarici ticarət dövriyyəsi 50 milyard ABŞ dolları ötüb və mübəst saldo isə 25 milyard dollara çatmşdır. Müqayisə üçün, Azərbaycan Dövlət Statistikası Komitəsinin məlumatlarına əsasən  2021-ci ildə xarici ticarət dövriyyəsi 35 milyard 556 milyon ABŞ dolları, müsbət saldo 12 milyard 144 milyon ABŞ dolları olmuşdur. Göstəricilərə əsasən xarici ticarət dövriyyəsi və müsbət saldo artmışdır. Bu səbəbdən keçən il xarici borclar 7 milyard ABŞ dollarından aşağı enmişdir. Bütün bu naliyyətlər, iqtisadiyyatın azad və müstəqil olmasından irəli gəlir. Azərbaycan Respublikasının Prezidentinin irəli sürdüyü siyasətin düzgün olması, iqtisadiyyatın güclü, dayanıqlı, davamlı və rəqabətqabiliyyətli olmasına zəmin yaratmışdır.

Ölkə başçısı iqtisadiyyatı gücləndirməklə, qarşıya qoyulan hədəflər üzrə addımlar atmışdır. Əhalinin sosial rifah halını yüksəltmək üçün əmək haqqı, pensiya və müavinətlərəartımlar edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsi əlaqədar olaraq, həmin torpaqlarda şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazi olmuş şəxslərə sosial layihələr üzrə dəstək mexanizmləri tərtib edilmişdir. İşğaldan azad olunmuş Qarabağ regionumuza yenidən qurma, bərpa və ərazinin minalardan təmizlənməsi ilə bağlı olaraq böyük infrastruktur layihələr hazırlanmış və bu istiqamətdə işlər aparılmışdır. Ordu quruculuğunun möhkəmlənməsi istiqamətində yeni texnikalar əldə edilmiş, zabit və əsgərlərin sosial problemləri həll edilmişdir.

Qeyd etmək istərdim ki, ölkə başçısı tərəfindən irəli sürülən düzgün siyasət iqtisadiyyatımızın şaxələnməsi, sürətli inkişafı, xarici ticarət əlaqələrin qurulması, ümumi daxili məhsulun artımına təsir göstərmiş və bu layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

Baba Babazadə,
“Azərbaycan Xəzər Dəniz Gəmiçilyi” Qapalı Səhmdar Cəmiyyəti
İqtisadçı