Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb.
***
Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt başlayıb.
Hələlik oyunda hesab bərabərdir - 1:1.
***
Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.
55-ci dəqiqədə Avropa təmsilçisindən İvan Perişiç tarazlığı bərpa edib.
***
Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda hesab açılıb.
44-cü dəqiqədə Daydzen Maeda Asiya təmsilçisini önə keçirib.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu başlayıb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.