26 avqust 2026 20:58
101

AÇ: Belçika və Niderland qələbə qazandı

Azərbaycanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında (CEV Trendyol EuroVolley 2026 Women) beşinci günün oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında Rumıniya-Belçika və Niderland-İspaniya qarşılaşmaları baş tutub. 3:0 hesabı ilə başa çatan bu oyunlarda Belçika və Niderland komandaları qələbə qazanıblar.

Beləliklə, beşinci günün yekununda 3 oyunda 3 qələbə qazanan Niderland, Belçika və Azərbaycan milli komandaları 8 xalla (3 oyun, 3 qələbə) müvafiq olaraq birinci, ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Rumıniya 2 xalla (3 oyun, 3 məğlubiyyət) dördüncü, İspaniya 1 xalla (3 oyun, 3 məğlubiyyət) beşinci yerdədir. Altıncı yerdə olan Portuqaliya millisinin isə xalı yoxdur.

Qeyd edək ki, növbəti oyunlar avqustun 26-da keçiriləcək. Sabah saat 15:30-da İspaniya-Portuqaliya, saat 18:30-da isə Belçika-Azərbaycan qarşılaşmaları baş tutacaq.

25 avqust (5-ci gün)

Rumıniya – Belçika 0:3 (21:25, 20:25, 17:25)

Niderland – İspaniya 3:0 (25:13, 25:11, 25:16)