05 dekabr 2022 14:54
565

Yapon ənənəsini davam etdirdilər

DÇ-2022-də yaponiyalı azarkeşlərin ardından fransalı fanatlar da təqdirəlayiq addımla yadda qalıblar.

“İki sahil” xəbər verir ki, onlar ötən gün mundialın 1/8 final mərhələsində keçirilən Fransa - Polşa matçından (3:1) sonra tribunalardakı zibilləri təmizləyiblər. Onların bu hərəkəti "Yapon ənənəsinin davamı" kimi dəyərləndirilib və təqdirəlayiq addım kimi qarşılanıb.

Qeyd edək ki, daha əvvəl yaponiyalı fanatlar DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Almaniya ilə matçdan (2:1) sonra tribunaları təmizləmişdilər.