İngiltərə millisinin üzvü Harri Keyn dünya çempionatları tarixində ilkə imza atıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Opta" məlumat yayıb. 29 yaşlı forvard ötən gecə DÇ-2022-nin 1/8 finalında Seneqalla matçda qapıya dəqiq zərbə endirib və fərqlənib. Keyn dünya çempionatlarında ümumilikdə qapıya 7 zərbə vurub ki, bunların da hamısı qolla nəticələnib. İndiyədək mundiallar tarixində belə dəqiq zərbələr vuran oyunçu olmayıb.
Qeyd edək ki, ötən gecə İngiltərə Seneqala qalib gələrk (3:0) 1/4 final adlayıb. Komanda bu mərhələdə son dünya çempionu Fransa ilə qarşılaşacaq.