05 dekabr 2022 10:48
664

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Macarıstanın "Vaşaş" klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova yeni nailiyyətə imza atıb.

"“İki sahil”in məlumatına görə, 29 yaşlı oyunçu 2022-ci ildə Macarıstanda çıxış edən ən yaxşı legioner adına sahib çıxıb.

Qeyd edək ki, Ayşən Abduləzimova 2021-ci ildən "Vaşaş"ın uğurları üçün çalışır.