05 dekabr 2022 09:30
555

DÇ-2022: İngiltərə millisi vərəqə görməyən yeganə komandadır

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında vərəqə almayan yeganə komandadır.

“İki sahil” xəbər verir ki, Qaret Sautgeytin baş məşqçi olduğu yığma meydana çıxdığı 4 matçda xəbardarlıqla üzləşməyib.

Bu göstəriciyə görə ikinci sırada İspaniya kollektivi qərarlaşıb. Britaniyalılardan hələlik bir oyun az keçirən "buğalar" qrupdakı 3 görüşündə bir sarı vərəqə alıb.

Qeyd edək ki, İspaniya dekabrın 6-da 1/8 finalda Mərakeşlə üz-üzə gələcək.