05 dekabr 2022 02:46
585

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

İngiltərə millisinin futbolçu Rahim Sterlinq DÇ-2022-nin 1/8 final mərhələsində Seneqala qarşı oyunu buraxacaq.

“İki sahil” xəbər verir ki, İngiltərə yığması 27 yaşlı yarımmüdafiəçinin ailə vəziyyətinə görə meydana çıxa bilməyəcəyini bildirib.

R. Sterlinq 2022-ci il dünya çempionatında ilk iki matçda meydana çıxıb. O, qrup mərhələsinin 3-cü turunun Uelslə matçını (3:0) ehtiyat oyunçular skamyasında keçirib.