04 dekabr 2022 11:30
630

Kriştianu Ronaldu qrup mərhələsinin ən zəif futbolçuları sırasında yer alıb

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının qrup mərhələsinin ən zəif futbolçuları sırasındadır.

“İki sahil” xəbər verir ki, heyətdə qapıçı – Meşal Barşim (Qətər), müdafiəçilər – Homam Ahmed (Qətər), Fransisko Kalvo, Oskar Duarte (hər ikisi Kosta-Rika), Alister Conston (Kanada), yarımmüdafiəçilər – Tajon Buşanan (Kanada), Abdulel Al-Malki (Səudiyyə Ərəbistanı), Kərim Budaif (Qətər), Metyu Leki (Avstraliya), hücumçular – Almoez Ali (Qətər) və Kriştianu Ronaldu yer alıblar.

Qətərdə təşkil olunan dünya çempionatı Ronaldunun karyerasında 5-ci mundialdır. Portuqaliya seçməsi turnirin səkkizdəbir final mərhələsində İsveçrə yığması ilə üz-üzə gələcək.