04 dekabr 2022 09:03
600

Bu gün hansı oyunlar keçiriləcək? - DÇ 2022

Qətərdə futbol üzrə dünya çempionatının pley-off mərhələsi davam edir. Bu gün dörddəbir finala adlayacaq daha iki komandanın adına aydınlıq gələcək.

“İki sahil” xəbər verir ki, günün ilk matçında Fransa və Polşa yığmaları üz-üzə gələcəklər. “Al Tumama” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu venesuelalı FIFA referisi Xesus Valensuela idarə edəcək.

Günün digər matçı isə İngiltərə ilə Seneqal yığmaları arasında oynanılacaq. “Əl Beyt” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi salvadorlu İvan Barton olacaq.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.