04 dekabr 2022 02:51
587

DÇ-2022: Fransa Polşa ilə, İngiltərə Seneqalla qarşılaşacaq

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün ilk matçında Fransa Polşa qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün son matçı isə İngiltərə və Seneqal milli komandaları arasında keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

DÇ-2022, 1/8 final

4 dekabr

Fransa – Polşa (19:00)

İngiltərə - Seneqal (23:00)