Bu gün DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Argentina Avstraliya ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Lionel Messi hesabı açıb, 57-ci dəqiqədə Xulian Alvares fərqi iki topa çatdırıb.
Oyunun 77-ci dəqiqəsində fərqlənən Kreyq Qoodvin avstraliyalıların təsəlli qolunun müəllifi olub.
Matç Argentinanın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Argentina 1/4 finalda Niderlan ilə qarşılaşacaq.
***
Avstraliya Argentina ilə oyunda buraxılan qollardan birinin əvəzini çıxıb.
“İki sahil” xəbər verir ki, matçın 77-ci dəqiqəsində Kreyq Qoodvin Avstraliyanı ümidləndirən qolun müəllifi olub.
***
Argentina Avstraliya ilə oyunda da ikinci qolu vurub.
"İki sahil" xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində Xulian Alvares fərqənib.
***
DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində keçirilən Argentina-Avstraliya oyunda ilk yarı başa çatıb.
“İki sahil” xəbər verir ki, amerikalılar failəyə üstün yollanıblar
***
Argentina Avstraliya ilə oyunda hesabı açıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Messi fərqlənib
***
Bu gün DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Argentina Avstraliya ilə qarşılaşır.
“İki sahil” xəbər verir ki, "Əhməd ibn-Əli" stadionunda keçirilən oyunu Polşadan olan hakim Şimon Marçinyak idarə edir.
DÇ-2022, 1/8 final
3 deakbr
23:00. Argentina 2-1 Avstraliya
Qollar: Lionel Messi, 35 (1:0), Xulian Alvares, 57 (2:0), Kreyq Qoodvin, 77 (2:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Əhməd ibn-Əli" stadionu