DÇ-2022-də 1/8 final mərhələsinə strar verilib.
“İki sahil” xəbər verir ki, mərhələnin ilk oyununda Niderland millisi ABŞ-la qarşılaşıb.
"Xəlifə" stadionunda keçirilən matçın 10-cu dəqiqəsində Memfis Depay hesabı açıb. 45+1-ci dəqiqədə isə Blind komandasının üstünlüyünü iki topa çatdırıb.
Oyunun 76-cı dəqiqəsində Rayt buraxılan qollardan birinin əvəzini çıxsa da 81-ci dəqiqədə Dumfris yenidən avropalıların üstünlüyünü iki topa çatdırıb. Matç bu hesabla da başa çatıb – 3-1.
Qeyd edək ki, Niderland mundialın 1/4 final mərhələsində Argentina - Avstraliya cütünün qalibi ilə üz-üzə gələcək.
***
DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Niderland ABŞ ilə qarşılaşmanın 81-ci dəqiqəsində fərqi yenidən iki topa çatrıdıb.
“İki sahil” xəbər verir ki, avropalıların qolunu Dumfris vurub.
***
DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində ABŞ Niderland ilə qarşılaşmanın 76-cı dəqiqəsində fərqi azaldıb.
“İki sahil” xəbər verir ki, amerikalıların qolunu Rayt vurub.
***
DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində Niderland-ABŞ qarşılaşmasında ikinci hissə başlayıb.
***
45+1-ci dəqiqədə fərqi artıran Blind komandasının fasiləyə 2-0 üstün yollanmasını təmin edib.
***
DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.
“İki sahil” xəbər verir ki, mərhələnin ilk oyununda Niderland millisi ABŞ-la qarşılaşıb. "Xəlifə" stadionunda keçirilən matçın 10-cu dəqiqəsində Memfis Depay hesabı açıb.
DÇ-2022, 1/8 final
3 deakbr
19:00. Niderland 3-1 ABŞ
Qollar: Memfis Depay, 10 (1:0), Blind, 45+1 (2:0), Rayt, 76 (2:1), Dumfris, 81 (3:1)
Baş hakim: Vilton Sampayo (Braziliya)
"Xəlifə" stadionu