03 dekabr 2022 19:05
548

“Sabah” “Şamaxı” ilə heç-heçə etdi

Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Sabah” “Şamaxı”nı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində Kristian Sebalyos hesabı açıb. 27-ci dəqiqədə isə K.Sebalyos qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 75-ci dəqiqədə isə Elçin Mustafayev qırmızı kartla cəzalanıb.

Matçın 88-ci dəqiqəsində Fuad Bayramov “Şamaxı”nın bərabərlik qolunun müəllifi olub.

Oyun bu hesabla da başa çatıb – 1-1.

Misli Premyer Liqası,

XVI tur

3 dekabr (şənbə)

17:00. “Sabah” 1–1“Şamaxı”

Qol:  Kristian Sebalyos, 2 (1:0), Fuad Bayramov, 88 (1:1)

Qırmızı vərəqə: Kristian Sebalyos, 27 ("Sabah"), Elçin Mustafayev, 75 ("Şamaxı")

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov

“Bank Respublika Arena”