03 dekabr 2022 18:06
573

DÇ-2022: Niderland və ABŞ-ın start heyətləri açıqlanıb

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində qarşılaşacaq Niderland və ABŞ milli komandalarının start heyətləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, braziliyalı FIFA referisi Vilton Sampayonun idarə edəcəyi matçda komandalar stadiona bu heyətlə çıxacaqlar:

Niderland: Andries Noppert, Yurien Timber, Vircil Van Dayk, Natan Ake, Denzel Dümfriz, Marten De Run, Frenki De Yonq, Deyli Blind, Deyvi Klaassen, Memfis Depay və Kodi Qakpo.

ABŞ: Met Törnr, Sejinyo Dest, Tim Rim, Uolker Zimmerman, Entoni Robinson, Tayler Adams, Yunus Musa, Ueston Makkeni, Timoti Vea, Kristian Pulişi və Xesus Ferreyra.

Qeyd edək ki, “Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.