Misli Premyer Liqasının 16-cı turu çərçivəsində "Səbail" "Qəbələ"nin qonağı olub
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində Kizito Luvaqa hesabı açıb. 35-ci dəqiqədə isə Feras Abu Akal hesabı bərabərləşdirib.
Oyunun 63-cü dəqiqəsində Ülvi İsgəndərov “Qəbələ”nin qələbə qolunun müəllifi olub – 2-1.
Misli Premyer Liqası,
XVI tur
3 dekabr (şənbə)
14:30. “Qəbələ” 2–1 “Səbail”
Qollar: Kizito Luvaqa, 4 (0:1), Feras Abu Akal, 35 (1:1), Ülvi İsgəndərov, 63 (2:1)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu