Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimalında iki YPG terrorçusunu (PKK-nın Suriya qanadı – red.) zərərsizləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Yaraqlılar “Zeytun budağı” və “Sülh çeşməsi” antiterror əməliyyatları zonalarında məhv ediliblər.
Nazirlik regionda terror təhlükəsinin aradan qaldırılması üçün gələcəkdə də addımlar atmaq əzmində olduğunu vurğulayıb.