03 dekabr 2022 11:55
538

Kamerun millisi Braziliyanı məğlub edən ilk Afrika komandası olub

Kamerun millisi dünya çempionatları tarixində Braziliyanı məğlub edən ilk Afrika komandası olub.

“İki sahil” xəbər verir ki, kamerunlular Qətərdə keçirilən DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Cənubi Amerika təmsilçisinə 1:0 hesabı ilə qalib gəlib.

Buna qədər afrikalılar mundiallarda “pentakampeonlar”la 7 dəfə qarşılaşıb və hamısında məğlub olublar.

Qeyd edək ki, G qrupunun digər oyunlarında İsveçrəyə 0:1 hesabı ilə məğlub olan və Serbiya ilə qollu heç-heçə (3:3) edən Kamerun yığması 4 xalla üçüncü yeri tutaraq, DÇ-2022 ilə vidalaşıb.